OTAQ

SEÇ

Haqqımızda

Haqqımızda

Böyük Qafqaz Dağlarının yamacında, Azərbaycanın düz ürəyində Şamaxı şəhərində möhtəşəm ailəvi istirahət mərkəzi olan Shamakhi Palace Sharadil yerləşir.
Otelin ümumi sahəsi 43.370 kv.m. təşkil edir. Mənzərəli dağ və meşələrlə əhatə olunmuş kurort burada istirahət edənlərə unudulmaz təəssüratlar bağışlayır.
Apartamentlər buraya gələnlər üçün yaşıl rəngin bütün çalarlarında olan həqiqi təbiətin gözəlliklərinə ecazkar görüntünü açır və ən yüksək dərəcəli xidmətləri təklif edir.
Öz dəbdəbəli memarlıq üslubuna əlavə olaraq Shamakhi Palace Sharadil yeni və son dərəcə maraqlı yerləri kəşf etmək imkanını təqdim edir.

Görməli yerlər:

Şəhərin səs-küyündən və narahatlığından uzaqda, nadir memarlıq üslubunun təbii mühitlə maraqlı bir tərzdə birləşdiyi iri bir ərazidə Shamakhi Palace Sharadil yerləşir.
Şamaxı şəhərindən 19 km və Heydər Əliyev adına Beynəlxalq Hava Limanından 161 km aralıda Şahdağ Milli Parkının ərazisində yerləşən otel məsum təbiətin təkrarolunmaz ab-havasını əks etdirir. Şahdağ Milli Parkı Şimali Azərbaycanda, Böyük Qafqaz dağlarında Rusiya ilə sərhədə yaxın və 115.900 hektar ərazini tutur. Bu, yalnız Azərbaycanda deyil, bütün Qafqazda ən böyük milli parkdır. Şahdağ Milli Parkında yerləşən Azərbaycanın ən yüksək dağı Bazardüzü dağı (4466) yerləşir.

Hotel buraya gələnlər üçün yaşıl rəngin bütün çalarlarında olan həqiqi təbiətin gözəlliklərinə ecazkar görüntüsünü açır və ən yüksək dərəcəli xidmətləri təklif edir.
Öz dəbdəbəli memarlıq üslubuna əlavə olaraq Shamakhi Palace Sharadil Hoteli yeni və son dərəcə maraqlı yerləri kəşf etmək imkanını təqdim edir.
Shamakhi Palace Sharadil Hoteli buraya təşrif buyuranlar üçün dağların başına açılan heyranedici görüntüyə malik əsas binada yerləşən 106 möhtəşəm və olduqca rahat otaq və 12 kotec təklif edir.
Shamakhi Palace Sharadil Hoteli, gün boyu özünüzü rahat hiss etməyə imkan verəcək və Uzaq Şərqə məxsus özəl seanslarından, SPA proqramlarından əlavə, məşhur dünya brendlərindən, akkreditə olunmuş mütəxəssislər tərəfindən həyata keçirilən xüsusi proseduraları təklif edir. 
870 kv.m-lik sahədə türk hamamı, Fin saunası, fitnes mərkəzi və baxım otaqlarına malik SPA-da özünüzü yenidən doğulmuş kimi hiss edəcəksiniz.
Çoxsaylı əyləncəli proqramlar, animasiya şouları, idman yarışları,canlı tamaşalar və diskotekalar, eləcə də bir çox digər tədbirlər ailənizin asudə vaxtını unudulmaz təəssüratlarla dolu edəcək.
Shamakhi Palace Sharadil Hoteli fəal istirahət üçün ideal yerdir. Dostlarınız və biznes üzrə tərəfdaşlarınızla komandada və ya yalnız oynayaraq keçirdiyiniz vaxtdan zövq alın. Maraqlı yürüşdən, Atla səfərdən və ya Atıcılıqdan unudulmaz təəssüratlar alın.