OTAQ

SEÇ

İstifadə qaydaları

Bu veb-saytın səhifələrində mövcud olan bütün materiallar Azərbaycan Respublikasının müəlliflik hüququ haqqında qanunlarla qorunur.

Bu veb-saytın səhifələrində ticarət nişanlarının, ticarət adlarının və xidmət nişanlarının nümayiş olunması hər hansı bir şəxsə hər hansı lisenziyanın verilməsini nəzərdə tutmur.

Bu veb-saytda paylaşılan materialları qeyri-kommersiya məqsədləri üçün endirə, müvəqqəti olaraq bir kompüterdə saxlaya və yalnız öz şəxsi məqsədləriniz üçün çap edə bilərsiniz. Bununla siz endirilmiş hər hansı material üzərində heç bir mülkiyyət hüququ əldə etməmək barədə razılaşırsınız. Materialların nüsxələrini hər hansı məqsəd üçün paylaşa və ya onları yaratdığınız və ya işlətdiyiniz hər hansı sayta “yerləşdirə” bilməzsiniz. Bu veb-saytın məzmununda ehtiva olunan müəlliflik hüququ barədə bütün xəbərdarlıqlara, məlumatlara və məhdudiyyətlərə əməl etmək barədə razılaşırsınız.

Bu veb-saytda paylaşılan materialların, o cümlədən ticarət nişanlarının, ticarət adlarının və xidmət nişanlarının hər hansı formada icazəsiz endirilməsi, ötürülməsi, yenidən nəşr olunması və digər şəkildə surətinin çıxarılması və ya dəyişdirilməsi federal, ümumi və ya mülki qanunvericiliyi, ticarət nişanı və müəlliflik hüququ haqqında qanunları poza və qanuni tədbirlərin görülməsi ilə nəticələnə bilər.

Bu veb-saytdakı məlumatlar cari və gələcək qonaqların, həmçinin turizm sahəsində çalışan işçilərin istifadəsi üçün nəzərdə tutulmuşdur.

Bu veb-saytda ehtiva olunan məlumatların paylaşıldığı anda düzgün və tam olduğu hesab edilir. Bütün məlumat və materialların aktuallığı və dəqiqliyinin təmin olunmasına çalışsaq da, həmin məlumat və materiallar xəbərdarlıq edilmədən dəyişikliyə məruz qala bilir, buna görə də biz onların hər zaman dəqiq, tam və aktual olmasına zəmanət vermirik.

Bu veb-saytla, o cümlədən bu veb-sayt vasitəsilə təqdim edilən bütün məlumat, material və proqramlarla bağlı, habelə əqli mülkiyyət hüquqlarının və ya üçüncü tərəflərə məxsus hüquqların pozulmaması, mülkiyyət hüququ, gizli qüsurlar, fasiləsiz xidmət, ticarət əlverişliliyi, xüsusi bir məqsədə uyğunluq və kompüter viruslarının olmamasına dair heç bir nəzərdə tutulan, açıq şəkildə bildirilən və ya qanuni zəmanət verilmir.

Şirkət üçüncü tərəfə məxsus heç bir veb-sayta nəzarət etmir və buna görə də, bu veb-saytda keçid edilmiş hər hansı veb-saytın və ya bu cür keçid edilmiş veb-saytda ehtiva olunan hər hansı linkin məzmununa görə cavabdehlik daşımır. Şirkət bu cür linkləri yalnız sizin rahatlığınız üçün təmin edir və hər hansı linkin yerləşdirilməsi həmin link vasitəsilə keçid edilən veb-saytın və ya orada ehtiva olunan hər hansı məlumatın təsdiqini, araşdırılmasını və ya yoxlanılmasını nəzərdə tutmur.

Bu veb-saytda yerləşdirilən bəzi linklər sizi birbaşa tərəfdaşlarımız tərəfindən idarə edilən veb-saytlara yönləndirəcək. Bu veb-saytlarda onların istifadəsi və sizin həmin veb-sayta girişiniz barədə şərt və qaydalar ola bilər, bu veb-saytların istifadəsi həmin şərt və qaydalar əsasında tənzimlənəcək.

Hazırki veb-saytdan istifadənin bir şərti kimi siz, bu veb-saytı qanunsuz və ya cari qaydalarla qadağan edilən hər hansı məqsəd üçün istifadə etməyəcəyinizə dair zəmanət verirsiniz.