OTAQ

SEÇ

Haqqımızda

Haqqımızda

 

Böyük Qafqaz Dağlarının yamacında, Azərbaycanın düz ürəyində Şamaxı şəhərində möhtəşəm ailəvi istirahət mərkəzi olan Shamakhi Palace Sharadil yerləşir.

Otelin ümumi sahəsi 43.370 kv.m. təşkil edir. Mənzərəli dağ və meşələrlə əhatə olunmuş kurort burada istirahət edənlərə unudulmaz təəssüratlar bağışlayır.

Apartamentlər buraya gələnlər üçün yaşıl rəngin bütün çalarlarında olan həqiqi təbiətin gözəlliklərinə ecazkar görüntünü açır və ən yüksək dərəcəli xidmətləri təklif edir.

Öz dəbdəbəli memarlıq üslubuna əlavə olaraq Shamakhi Palace Sharadil yeni və son dərəcə maraqlı yerləri kəşf etmək imkanını təqdim edir.

GÖRMƏLİ YERLƏR:

Şəhərin səs-küyündən və narahatlığından uzaqda, nadir memarlıq üslubunun təbii mühitlə maraqlı bir tərzdə birləşdiyi iri bir ərazidə Shamakhi Palace Sharadil yerləşir.

Şamaxı şəhərindən 19 km və Heydər Əliyev adına Beynəlxalq Hava Limanından 161 km aralıda Şahdağ Milli Parkının ərazisində yerləşən otel məsum təbiətin təkrarolunmaz ab-havasını əks etdirir. Şahdağ Milli Parkı Şimali Azərbaycanda, Böyük Qafqaz dağlarında Rusiya ilə sərhədə yaxın və 115.900 hektar ərazini tutur. Bu, yalnız Azərbaycanda deyil, bütün Qafqazda ən böyük milli parkdır. Şahdağ Milli Parkında yerləşən Azərbaycanın ən yüksək dağı Bazardüzü dağı (4466) yerləşir.

Otelin yaxınlığında Qafqazın ikinci ən qədim məscidini - Cümmə məscidini (743 y.), Satirik şair Mirzə Ələkbər Sabirin Ev-Muzeyini, Pirqulunun şərq yamacında 1500 metr yüksəklikdə yerləşən Astrofizika Rəsədxanasını,çoxəsrli dəmirçilik ənənələrinin köşələrindən Dəmirçi kəndi, “Şəhərdən Kəndə ”layihəsinin Təzəkənd Qaladərəsi kəndlərində təsərrüfatları və bəlkə də bəzi gizli yerli yemək reseptləri haqqında məlumat əldə edə biləcəyiniz təsərrüfatlar, metal parçalarını gözəl əl işlərinə çevirdiyini atelyeləri müşahidə edə biləcəysiniz. Əsas küçədə gəzərək bir fincan çay və ya qəhvə içə və bəzi suvenirlər əldə edə bilərsiniz.

ŞAMAXI:

İlk dəfə Şamaxının adı "Samaheya" və ya "Kamaheya" kimi Ptolomeyin(Ptolemeaus) əsərlərində çəkilmişdir. Ərəb mənbələri bu yeri "Es-Semahiyye" kimi adlandırmışdır.

Azərbaycanın ən möhtəşəm milli parklarından biri olan Şahdağ Milli Parkı Şamaxı şəhərinin yaxınlığında,beş rayon ərazisində yerləşir.

Orta əsrlərdə Şamaxı əvvəllər Şirvan Şahlarının paytaxtı olmuş və Karvan yolunun kəsişməsində olmuş və bu dövrdə sürətlə irəliləməsini və inkişafını təşviq etmişdir.

BAKI:

Shamakhi Palace Sharadil-də istirahət etdiyiniz zaman Siz Azərbaycanın paytaxtı olan Bakı şəhərinə də baş çəkə bilərsiniz. Bakı şəhərinin mərkəzi, oteldən 144 km aralıda yerləşir. Crystal Hall, Nizami adına Muzey və Qız Qalasından əlavə, siz Bakı Dənizkənarı Parkın (Bulvar) dəbdəbəli mənzərəsindən zövq ala və qədim Bakının küçələri ilə tarixə səyahət edə bilərsiniz.

Müasir tarixi əhatə edən qeyri-adi memarlıq üslublarına malik olan Bakı şəhərini yol vərəqənizə əlavə etməyi unutmayın.