OTAQ

SEÇ

Otelin ətrafı


ALPAKA FERMASI


Alpaka fermamız Şamaxı rayonunun Meysəri üzümlükləri yaxınlığında, mənzərəli dağların və yaşıl otlaqların arasında yerləşir. Fermanın tikintisi üçün Şamaxı rayonu təsadüfən seçilməyib. Bu rayonun böyük hissəsi istirahər zonasıdır. Şamaxı dağ meşələri ilə, bulaqlar və çəmənlərlə zəngindir, mülayim rütubət zonasında yerləşir, və bu alpakaların rahat yaşayışı üçün mükəmməldir.
ƏTRAFLI



İsmayıllıda ferma, Təzəkənd


Təsərrüfat, İsmayıllı rayonunun Təzəkənd kəndində, 0,35 hektardır. Bəzi meyvə və tərəvəz növləri əkilir, toyuqlar və 1 inək bu kiçik ailə təsərrüfatında saxlanılır. Eyni zamanda 20 turist üçün yemək və istirahət xidmətləri göstərmək üçün uyğun şərait yaradılmışdır. Kiçik ailə təsərrüfatının qonağı gutab və digər kənd təsərrüfatı məhsullarının hazırlanmasına dair müxtəlif ustad dərslərində iştirak edə bilər.
ƏTRAFLI



Şamaxıda ferma, Qaladərəsi Kəndi


Təsərrüfat Şamaxı rayonunun Qaladerəsi kəndində, Şahdağ Milli Parkı ərazisində yerləşir və 0,53 hektar ərazini tutur. Bu yerdə müxtəlif meyvə və tərəvəzlərin yanında 50-60 toyuq, qaz və camış var. Təsərrüfatda əsas fəaliyyət arıçılıqdır. Fermanın yanında fermerə məxsus bir bağ var ki, buradan da turistlərə xidmət etmək olar. 15-20 turisti yeməklə təmin etmək üçün kifayət qədər şərait var.
ƏTRAFLI



Dəmirçi kəndi


Azərbaycanda çoxəsrli dəmirçilik ənənələrinin köşələrindən biri Şamaxı şəhərindən 30 kilometr aralıda yerləşən Dəmirçi kəndidir. Dəmirçi sənətkarlığı burada uzun müddət inkişaf etmiş və kəndin yaxınlığında axan Pirsaatçay çayının qolu ilə müqayisə olaraq əvvəllər kənd Güneyçay adlanırdı. Sonralar kənd Dəmirçi adlandırılmışdır - sakinlərin əsas sənətkarlığının şərəfinə.
ƏTRAFLI



Şamaxı Astrofizika Rəsədxanası


Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası(ŞAR)1959-cu ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə (17 noyabr) yaradılıb.Dünyanın ən böyük rəsədxanaları kimi tanılır.
ƏTRAFLI



Mirzə Ələkbər Sabirin ev-muzeyi


Mirzə Ələkbər Sabir (30 may 1862 Şamaxı - 12 iyul 1911 Şamaxı) - Azərbaycanlı şair, satiranın ustadı, ictimai xadim, filosof və müəllim olmuşdur. Klassik ənənələrə yeni bir münasibət qurdu. Onun poeziyasında, siyasi və vətəndaş motivləri, üstünlük təşkil edir,Sabir özü isə Azərbaycanda milli-azadlıq hərəkatı fikirlərinin sözçüsü idi.Sabir bu hərəkəti genişləndirmək və dərinləşdirmək üçün həvəslə mübarizə apardı.
ƏTRAFLI



Cümə Məscidi


Azərbaycan ərazisində, bütövlükdə Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidi Xəlifə Xalid ibn Vəliyədin dövründə onun qardaşı Müslüm ibn Vəliyədin Azərbaycana gəlməsinin şərəfinə 743-cü ildə inşa olunub. Bəzi mənbələrə görə, Xilafət ordularının məğlub etdiyi Xəzər xaqanı məhz bu məsciddə İslam dinini qəbul edib.
ƏTRAFLI